24 C
Bakı
11 Avqust 2025 22:28
DigərDünyaSiyasət

Marqara-Əlican keçid məntəqəsi: ABŞ sərhədin açılmasını alqışladı.

Birləşmiş Ştatlar Ermənistanın Suriya xalqına humanitar yardım göstərməsinə imkan yaratmaq üçün Marqara-Əliçan sərhəd keçidinin müvəqqəti açılması istiqamətində Ermənistan və Türkiyə arasında əməkdaşlığı alqışlayır.

 

Bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli əməkdaşı Lui Bono X sosial şəbəkəsində yazıb.

 

“Bu, Cənubi Qafqazda əməkdaşlığın bütün regiona necə fayda verdiyini göstərir”, – o əlavə edib.

Martın 21-də Suriyaya humanitar yardım aparan 4 yük maşını Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsindən keçib.

 

Marqara keçid məntəqəsi martın 31-dək açıq olacaq və Suriyaya humanitar yardımın göndərilməsi üçün fəaliyyətə başlayacaq.

 

“Ermənistan və Suriyanın müvafiq idarələrinin nümayəndələri arasında keçirilən işgüzar görüşlər nəticəsində Ermənistanın Suriyaya humanitar yardım göstərməsi məsələsini də müzakirə etmək barədə razılıq əldə olunub. Bu qərar layihəsinin qəbulu Ermənistan adından Suriyaya göndərilən humanitar yardımın Türkiyə ərazisindən quru yolu ilə daşınması zərurəti ilə bağlıdır”, – deyə qərarda bildirilir. (Yenisanah)

 

Tacxeber.com

Oxşar xəbərlər

Tarixin doğru tərəfi

redaktor

Türkiyə MİT Trotski ilə bağlı məxfi sənədləri yaydı – Erməni agentin ifşası – FOTO

redaktor

“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı

redaktor