28 C
Bakı
11 Avqust 2025 19:39
DünyaİdmanŞou

Toy nə vaxtdır?

Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges evlənməmələrinin səbəbləri barədə danışıb.

 

O,  “Mən – Corcina” adlı realiti-şouda bildirib: “Mənim dostlarım həmişə toy barədə zarafat edirək soruşurlar: “Toy nə vaxt olacaq?” Jennifer Lopezin “Üzük” adlı mahnısı çıxandan bəri mənə bunu oxuyurlar (həmin mahnının nəqəratında belə bir ifadə var: “Bəs üzük nə vaxt taxılacaq?” ). Amma hər şey məndən asılı deyil”.

 

Ronaldo isə bu məsələ ilə bağlı belə bir açıqlama verib: “Mən ona həmişə deyirəm ki, evlənərik. O, nə demək istədiyimi yaxşı bilir. Bu, bir ildən sonra da ola bilər, yarım ildən sonra da, hətta bir aydan sonra da. Amma mən 100 faiz əminəm ki, bu baş verəcək”.

 

Xatırladaq ki, portuqaliyalı futbolçu ilə Corcina 2016-cı ildən birgə münasibətdədirlər. (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Krım körpüsünü bu tarixdə açacaq

redaktor

Prezident İlham Əliyevin Xankəndidən xalqa müraciəti – VİDEO

redaktor

Şolts və heyəti təyyarədən çıxıb yerə uzanmalı oldular – VİDEO

redaktor