19 C
Bakı
08 Oktyabr 2026 04:56
Dünya

Türkiyədə azərbaycanlı qadın professorun diplomu ləğv edildi – Lalə Kazımbek kimdir?

İstanbul Universitetinin qərarı ilə diplomları ləğv edilən 28 nəfərdən biri də Azərbaycan əsilli professor Lalə Kazımbek Tuzunerdir.

 

Teleqraf Türkiyə KİV-ə istinadən xəbər verir ki, Lale Kazımbekin Bilkent Universitetindən İstanbul Universitetinə köçürülərkən qanunsuzluğua yol verildiyi əsas gətirilərək diplomu etibarsız sayılıb.

 

O, İstanbul Üniversitetinin biznesin idarə edilməsi fakültəsində çalışır.

 

Lalə Kazımbek Azərbaycan Xalq Cümhuriyyətinin zabiti Cahangir bəy Kazımbəylinin nəslindən olduğu bildirilir. 1885-ci ildə anadan olmuş C.Kazımbəyli AXC-nin dönəmində Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçılarından biri olub. Sonra o, ailəsi ilə birlikdə Polşaya və Almaniyaya mühacir edib. 1955-ci ildə Berlində Sovet casusu olan bir qadın tərəfindən zəhərlənərək öldürülüb.

 

Lalə Kazımbekin həmmüəllifi olduğu “İnsan idarəçiliyi” kitabının digər yazarı professor Gönen İlkan Dündar İstanbul Böyük Bələdiyyəsinin həbs edilən başqanı Əkrəm İmamoğlunun sözçüsüdür.

 

Xatırladaq ki, Ə.İmamoğlunun da diplomu “qanunsuz köçürülmə” iddiası ilə ləğv edilib və ona qarşı “dövlət sənədlərini saxtalaşdırma” maddəsi üzrə cinayət işi açılıb. Lalə Kazımbek kimdir?

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor