Dünya

Tramp Təhsil Nazirliyini ləğv edir

ABŞ prezidenti Donald Tramp bu gün Birləşmiş Ştatların Təhsil Nazirliyinin ləğvi prosesinə başlamaq üçün fərman imzalamağa hazırlaşır.

 

Tacxeber.com CNN-ə istinadən xəbər verir ki, bu addım əsas kampaniya vədinin yerinə yetirilməsinin başlanğıcı olacaq.
Nəşrin yazdığına görə, Tramp bu addımı martın 20-də Ağ Evdə atmaq niyyətindədir.

 

Xatırladaq ki, bir həftə əvvəl ABŞ-ın təhsil naziri Linda Makmahon nazirliyin işçilərinin demək olar 50%-nin ixtisar edildiyini açıqlayıb. Mətbuat bunun nazirliyin bağlanması istiqamətində ilk addım olduğunu qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Cəbrayıl Dövlətzadənin doğum günüdür

redaktor

Baş nazir çılpaq modeli gözləməli oldu

redaktor

İspaniya artan ictimai narazılıqlar fonunda fəlakət bölgəsinə əlavə qoşun göndərir

admin