24 C
Bakı
18 Avqust 2026 00:48
DünyaMuharibə

Ukrayna ordusu indi də Belqoroda girir.

Ukrayna ordusu Rusiyanın Belqorod vilayəti istiqamətində hücuma keçib.

 

Bu barədə rusiyalı hərbi müxbirlər məlumat yayıb.

 

Məlumata görə, gecədən Ukrayna ordusu hərbi texnika və canlı qüvvəni Belqorod və Kursk vilayətlərinin birləşdiyi yerdə cəmləşdirib.

 

Bildirilib ki, səhər saatlarından etibarən ukraynalı hərbçilər vilayətin Qrafovka, Prilesya və Demidovka kəndləri istiqamətindəki minaları təmizləməyə başlayıblar.

 

“Düşmən məhv edilir. Minimum 1 tank vurulub. Vəziyyət nəzarət altındadır”, – məlumatda qeyd olunub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Dronlar, raketlər və arxa cəbhə zərbələri: NATO Rusiya üçün sürpriz hazırlayır

redaktor

Ziyaülhəqqin müəmmalı ölümü: qəza, yoxsa sui-qəsd?

redaktor

Rusiya taxıl ixracı Ukrayna hücumları səbəbindən iflic oldu

redaktor