23.9 C
Bakı
08 İyul 2026 11:11
Sağlamlıq

Həkimlik sıradan çıxır? – Xəstələri onlar sağaldacaq…

Səhiyyə naziri Teymur Musayev XII Qlobal Bakı Forumunda çıxışında deyib ki, süni intellekt bəzi xəstəlikləri tamamilə sağaltmağa kömək edə bilər. Nazir eyni zamanda süni intellektin qanunvericilikdə əks olunmasının önəmli olduğunu diqqətə çatdırıb.

 

Maraqlıdır, süni intellekt həkimlərin yerini tamamilə tuta bilərmi?

 

Mövzu ilə bağlı Ölkə.az-a danışan  professor Adil Qeybulla bildirib ki, ümumiyyətlə, süni intellekt və insan tərəfindən yaradılan digər texnoloji vasitələr heç vaxt insanı tamamilə əvəz edə bilməz:

 

“Bunun əsas səbəbi insanın yaradıcı təfəkkürə malik olmasıdır ki, bu da ən müasir texnologiyalarla belə əvəzolunmazdır. Lakin süni intellektin təbabətdə tətbiqi, ilk növbədə, həkimlərin işini optimallaşdırmağa və səhvləri minimuma endirməyə xidmət edir. Bu texnologiyalar həkimlərin işini, bütövlükdə sistemi nəzarətə götürmək, tibbi məlumatlarının emalı kimi müxtəlif sahələrdə əvəzsiz rol oynayır.

 

Hesab edirəm ki, süni intellektin ictimai həyatın bütün sahələrində olduğu kimi, səhiyyə sektorunda da ciddi rolu var və bu rol getdikcə daha da güclənir”.

Tacxeber.com

Oxşar xəbərlər

Faydaları yazmaqla bitməyən qara qarağatın tam mövsümüdür

redaktor

Xərçəngdən Daha Amansız: Girişi Pullu, Çıxışı Boş Ümid Dünyası

redaktor

Pərpərən – saydıqca bitməyən faydaları

redaktor