29 C
Bakı
11 Avqust 2025 15:52
Siyasət

Putinə ən yaxın qadın lider Bakıya gəldi: Kreml nə etməyə çalışır? – DETALLAR

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

 

Tacxeber.comxəbər verir ki, səfər çərçivəsində ölkə rəhbərliyi və parlament nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılır.

 

Xüsusilə, son aylarda AZAL təyyarəsinin Rusiya tərəfindən vurulması fonunda iki ölkə arasında yaranmış diplomatik gərginlik diqqət mərkəzində olub. Lakin son dövrlərdə Moskvanın münasibətlərin normallaşmasına çalışdığı və təşəbbüsü öz üzərinə götürdüyü müşahidə edilir.

 

Analitiklər hesab edirlər ki, Prezident Vladimir Putinə yaxın Matviyenkonun Bakıya səfəri Moskvanın münasibətlərin istiləşməsində maraqlı olduğunu göstərir.

 

Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakı görüşlərində siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi, enerji əməkdaşlığı və regional təhlükəsizlik məsələlərinin əsas mövzulardan biri olacağı gözlənilir.

 

Səfərin nəticələrinin iki ölkə arasındakı münasibətlərə hansı təsirləri göstərəcəyi yaxın günlərdə daha da aydın olacaq.(Musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər

Ramiz Mehdiyevin xaricdə istirahətini təmin edən, ona bahalı daş-qaş verən icra başçıları haqda ŞOK FAKTLAR

redaktor

Baş nazir Rusiya həmləsindən ehtiyyatlanaraq konservləşdirilmiş qidalar toplayır.

admin

Talıbovlar universiteti necə ələ keçirib? – Təsisçi şok faktlar açıqladı

redaktor