Dünya

Avropada RƏZALƏT: Putin bu dəfə “ABŞ prezidenti” oldu

Bir neçə televiziya kanalı səhvən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adını qeyd edərək, onu ABŞ prezidenti adlandırıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə telekanalın izləyiciləri sosial şəbəkələrdən birində məlumat veriblər.

 

“Werndlstädter” ləqəbli isveçli sosial media istifadəçisi İsveçin SVT telekanalında Vladimir Putinə həsr olunmuş verilişdən kadr yerləşdirib. Eyni zamanda, rusiyalı siyasətçi Amerika Birləşmiş Ştatlarının prezidenti kimi təqdim edilib. Yazının müəllifi zarafat edib: “Yaxşı iş, SVT”.

 

Danimarka televiziyasında da oxşar səhvə yol verilib: “Putin ABŞ-ın prezidentidir”.

 

“MorGus” ləqəbli danimarkalı istifadəçi “Danimarkanın “TV2news” telekanalına inanırsınızsa” başlığı ilə Rusiya dövlət başçısının ABŞ prezidenti adlandırıldığı telekanalın yayımının skrinşotunu paylaşıb.(Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər

Müctəba Xamenei qorxusundan atası ilə bağlı vida mərasimində iştirak etmədi

redaktor

Benzin böhranı Putinin reytinqinə zərbə vurub

redaktor

Kiyevə raket zərbəsi: Kremlin özünə vurduğu zərbə

redaktor