11 C
Bakı
29 Mart 2026 07:41
Dünya

Trampın paylaşımı çaşqınlıq yaratdı – Putinlə kim danışıb?

Xəbər verdiyimiz kimi, ABŞ və Rusiya Prezidentləri Donald Trampla Vladimir Putin arasında telefon danışığı olması ilə bağlı məlumat yayılıb.

 

Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tramp “Truth” hesabında zənglə bağlı paylaşım edərək bu sözləri yazıb:

 

“Bu dəhşətli, qanlı müharibənin nəhayət sona çatması üçün çox yaxşı şans var. Mən Prezident Putindən onların həyatlarına rəhm etməsini qətiyyətli şəkildə xahiş etmişəm. Bu, İkinci Dünya müharibəsindən bəri ən dəhşətli qırğın ola bilər”.

 

Onun bu paylaşımı telefon danışığının iki lider arasında baş tutmasına zəmanət verib, lakin Ağ Ev məsələni təkzib edib.

 

Bildirilib ki, Putinlə Moskvada Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff danışıb və bu məsələdə çaşqınlıq yaradan Trampın “Truth”da etdiyi paylaşım olub. Belə ki, Prezident Tramp sözlərini rusiyalı həmkarına xüsusi nümayəndəsi vasitəsilə çatdırıbmış.

 

Xatırladaq ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ötən gün Rusiyada səfərdə olub və Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.

 

Oxşar xəbərlər

İtalyada şir sirkdən qaçaraq şəhər küçələrində rahat-rahat gəzişir – VİDEO

admin

Dünyanın ən bahalı 10 domeni qiymətlərinə DİQQƏT

admin

Xəzərin suları altında qalmış hətda antik dövrlərədə də mövcud olmuş tarix.

admin