25 C
Bakı
11 Avqust 2025 01:55
Dünya

Türkiyə hərbçiləri Ukraynaya sülhməramlı kimi göndərilə bilər

Ukraynada sülhməramlı missiya yaradılacağı təqdirdə Türkiyə öz qoşunlarını göndərə bilər.

 

Tacxeber.com Bloomberg-ə istinadla xəbər verir ki, Ərdoğan təhlükəsizlik müqabilində Aİ ilə daha sıx müdafiə və iqtisadi əməkdaşlıq istəyir, Avropa qitəsi isə Vaşinqtondan asılılığını azaltmağın yollarını axtarır.

 

Məsələ ilə tanış olan insanların fikrincə, bu, Türkiyə hərbçilərinin Ukrayna sülhməramlı missiyasında iştirakını əhatə edə bilər.

 

Mənbələr qeyd edir ki, Ankara Türkiyə tərəfinin Ukraynadakı təmas xəttində vəziyyətin monitorinqinə kömək edəcək qeyri-döyüş missiyası imkanını nəzərdən keçirir.

 

Türkiyənin regional təhlükəsizliyin təmin edilməsində artan rolu son nəticədə Avropa İttifaqı ilə Türkiyə arasında gömrük ittifaqının yenilənməsi və Türkiyə vətəndaşlarına Aİ-yə vizasız gediş-gəliş hüququnun verilməsi ilə bağlı danışıqlara təkan verə bilər.

 

Daha əvvəl “The Wall Street Journal” mənbələrə istinadən xəbər verib ki, Böyük Britaniya və Fransa sülh razılaşması əldə edildikdən sonra Ukraynada 30 min hərbçi yerləşdirmək planlarını hazırlayır, lakin ABŞ-ın mümkün dəstəyi olmadan bu təşəbbüsün həyata keçirilməsinə böyük maneələr yaranacaq.

 

Digər Avropa ölkələrinin liderləri bu ideyaya daha təmkinli yanaşırlar.

Tacxeber.com

Oxşar xəbərlər

12 arvadı, 102 uşağı, 568 nəvəsi olan kişi: “Mən böyüdükcə ailəm də böyüdü”

redaktor

Hücuma hazırlaşan ruslara ölümcül zərbə – Məhv edildi

admin

Rusiya Hüseyn Həsənovun şirkətinin hesablarını blokladı.

admin