19 C
Bakı
08 Oktyabr 2026 05:20
Dünya

Güclü zəlzələlər gözlənilir – seysmoloqdan XƏBƏRDARLIQ

Naci Görürdən Hakkari ilə bağlı xəbərdarlıq: “Zəlzələ gözləyirik”

 

İraqın Ərbil şəhərinə bağlı Mergasur rayonunda 4,8 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Türkiyənin Hakkari, Bitlis, eləcə də Şırnağın Uludere və Cizrə rayonlarında da hiss olunub.

 

AFAD zəlzələnin böyüklüyünü 4,8 olaraq qeyd etsə də, Kandilli Rəsədxanası bu göstəricini 5.0 kimi qeydə alıb.

 

YÜKSEKOVADA ÇATLAR YARANDI

 

Zəlzələdən sonra Yüksekovada insanlar təşviş içində küçələrə axışıblar. Yeraltı təkanlar bəzi evlərdə çatların yaranmasına səbəb olub. İlçənin məscidlərindən elanlar edilərək, məscidlərin sakinlər üçün açıq qalacağı bildirilib.

 

Yeşiltaş kəndinin sakinləri isə evlərinin qarşısında tonqal qalayaraq açıq havada gözləyiblər.

 

Türkiyəli zəlzələ mütəxəssisi, professor Naci Görür hadisədən sonra sosial media hesabında paylaşım edərək aşağıdakı fikirləri səsləndirib:

 

“Dilekli-Yüksekova/Hakkaridə 5,0 maqnitudalı zəlzələ baş verib. Bu zəlzələ Bitlis-Zaqros Bindirmə ərazisi daxilindədir. Gözlənilən bir zəlzələ idi. 6 fevral zəlzələləri zamanı bu zona Şərqi Anadolu ilə Ərəb Lövhəsi arasında çox sıxışıb. Daha çox zəlzələ gözlədiyimiz bir zonadır. Keçmiş olsun. Sevgi ilə”. (Musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor