24 C
Bakı
23 İyun 2025 10:43
İqtisadiyyat

“Azza”nın istehsal etdiyi yağ məhsulu satışdan yığışdırılır – SƏBƏB

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı “Azza-Aqro” QSC-nin istehsalı olan “Fermazza” əmtəə nişanlı 82% yağlılıqda kərə yağından götürülmüş nümunənin sınaq nəticələrinə əsasən, yağda bitki sterinləri (Stiqmasterin, Kampesterin, Beta-sitosterin) ilə yanaşı, yağ turşuları üzrə uyğunsuzluq aşkarlanıb.

 

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

 

Bununla bağlı məhsul partiyasının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib.

 

Qeyd edək ki, məhsulların üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, tərkibinə bitki yağının qatılmasının aşkar edilməsi istehlakçıların aldadılmasına və hüquqlarının pozulmasına səbəb olur.

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkə Azərbaycana donuz piyini 1,22 manata satır

admin

Əhalinin dərman xərcləri ildən-ilə artır – Hər il nə qədər xərclənir?

redaktor

Zeytun yağı niyə BAHALAŞIB?

redaktor