24 C
Bakı
24 İyun 2025 18:52
Cəmiyyət

Anarın məhkəməyə verəcəyi şair: “Daha ciddi, iyrənc faktlar bilirəm”

Fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrıldığını və birliyin mənzil təminatı ilə bağlı həyata keçirdiyi prosesdə haqsızlığa məruz qaldığını bildirib.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev isə Cebheinfo.az-a açıqlamasında İlham Qəhrəmanın AYB-yə məxsus mənzillərin satışına dair iddialarının əsassız olduğunu və məsələ ilə bağlı məhkəməyə müraciət etdiklərini söyləyib.

 

Yazıçı Anar açıqlamasında yazıçılar üçün mənzil təminatı prosesinin tam ədalətli şəkildə aparıldığını, mənzil ala bilməyənlərin də layiqli yazıçılar olduğunu, lakin məhdud sayda mənzil olduğu üçün hər kəsin təmin edilməsinin mümkün olmadığını qeyd edib.

 

İlham Qəhrəman isə məhkəmə məsələsindən xəbərsiz olduğunu bildirib.

 

İlham Qəhrəman Anarın fikirlərinə: “Allah eləsin ki, məhkəməyə versinlər”, – deyə reaksiya verib:

 

“Mən məhkəmə haqqında heç nə bilmirəm. Sadəcə, bu məsələni məhkəməlik hesab etdiklərini eşitmişəm. Başqa heç nə bilmirəm. Allah eləsin ki, məhkəməyə versinlər. Mən də məhkəməyə müraciət olunmasını istəyirəm. Çünki daha ciddi, iyrənc faktlar bilirəm, onların hamısını açıqlayacağam. Əgər məhkəmə prosesi başlasa, orada üz-üzə gəlmək istəyərəm. Düşünmürəm ki, bu addımı atacaqlar. Amma yenə də məhkəməyə verirlər, lap yaxşı”.

Tacxeber.com

Oxşar xəbərlər

“Paşa Bank” Səlim Müslümovun oğlunu məhkəmə verdi – Borca görə

redaktor

SOCAR-dan kömək istəyən Qarabağ veteranı vəfat etdi.

admin

TƏBİB rəsmisi: Bəzi həkim və tibb bacıları nə iş gördüyünü bilmir

redaktor