19 C
Bakı
08 Oktyabr 2026 04:59
Dünya

Tramp Rusiya ilə çox sərt davrandığını etiraf etdi – VİDEO

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı siyasətinin həmişə sərt olduğunu bildirib.

Tacxeber.comxəbər verir ki, o, televiziya müsahibəsi zamanı jurnalistin Ukrayna və İsrailə edilən hücumlarla bağlı sualına cavab verərkən bunu vurğulayıb.

Jurnalist Trampdan soruşub ki, ABŞ hər iki halda aqressorlara eyni yanaşırmı? Tramp isə suala konkret cavab verməkdən yayınaraq, “Bu, tamamilə fərqli yerlərdir… Siz dünyanın müxtəlif hissələrindən danışırsınız” deyib.

Fox News jurnalisti daha sonra soruşub ki, Tramp Rusiya ilə HƏMAS-a qarşı olduğu kimi sərt davranıbmı? Tramp bu dəfə cavabında “Mən Rusiya ilə çox sərt idim, Rusiyaya qarşı hər kəsdən daha sərt oldum” deyib.

O, prezidentliyi dövründə “Şimal Axını-2” qaz kəmərinin tikintisinin dayandırıldığını, Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyini və Ukraynaya Javelin tank əleyhinə raketlərinin verildiyini xatırladıb.


Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor