24 C
Bakı
11 Avqust 2025 22:37
Dünya

Ekstrasensdən dəhşətli proqnoz: Yeni müharibə burada olacaq

Ukrayna-Rusiya müharibəsi bitdikdən sonra yeni müharibələr başlayacaq.

 

Bu sözləri Axar.az-a açıqlamasında kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.

 

Ekstrasens bildirib ki, Ukrayna ilə bağlı atəşkəs danışıqları davam edəcək:

 

“Bu il Ukraynada hərbi qarşıdurma dayanacaq. Hətta atəşkəsin elan olunması ehtimalı da var. 2026-2027-ci ildə isə Ukraynanın taleyi həll olunacaq. Sülh sazişi də bağlana bilər.

 

Bundan əlavə deyim ki, İran hazırda birbaşa Amerika və İsrailin marağında olan ən ciddi düşmən dövlətdir. 2026-cı ildə ola bilsin ki, orada da gərginliklər artsın. Ancaq bunun böyük savaşa yol açağı qənaətində deyiləm”.

 

Zirəddin Rzayev əlavə edib ki, bu müharibə bitdikdən sonra postsovet məkanlarında yeni müharibə başlayacaq:

 

“Bəli, 2028 və 2029-cu illərdə yeni böyük savaş başlayacaq. Bu savaş yenə də Amerika və Avropa ölkələrinin marağı ilə meydana çıxacaq. Bu savaşlar Rusiya ilə olmasa da, birbaşa Rusiyanın maraqlarına zidd olacaq. O səbəbdən də Rusiya da həmin savaşlarda iştirak edəcək. Qərbin yeni savaş planları Qazaxıstan, Moldova, Polşa, Ermənistan və digər bu kimi Rusiya ilə qonşu ölkələrlə bağlıdır. Ancaq bu ölkələr içərisində Qazaxıstan və Polşada daha çox savaş olma ehtimalı var.

 

Qərbin başlatdığı savaş qığılcımlarının şərqdən Qafqaza doğru hərəkət etdiyi görürəm.

 

Yenə də xatırladıram, 2028 və 2029-cu illər daha çox özü ilə müharibə gətirəcək. Ancaq bu, dünya müharibəsi kimi olmayacaq”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın hərbi həkimləri Kahramanmaraşda 10 nəfəri əməliyyat edib – FOTO

redaktor

Zelenskinin prezident seçkilərində rəqibləri bəlli olur.

admin

Toydan sonra biabırçılıq üzə çıxdı: Gəlin qadın yox kişi imiş – FOTO

redaktor