22.8 C
Bakı
10 İyun 2026 02:43
Dünya

Lukaşenko: “Zelenskiyə öz oğlum kimi baxırdım” – VİDEO

Mən Zelenski ilə öz oğlum kimi davranırdım”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufala müsahibəsində bildirib.

“Mənim ona yazığım gəlir. Mən onunla öz oğlum kimi davranırdım. Bizim çox yaxşı münasibətlərimiz var idi”, – deyə Aleksandr Lukaşenko vurğulayıb.

Belarus lideri Zelenskinin hakimiyyətinin ilk dövrlərində ondan məsləhətlər aldığını da qeyd edib:

“Prezidentlik karyerasının əvvəlində Volodimir Zelenskinin güvənəcəyi heç kim yox idi. Onda Ukraynada millətçilərin çəkisi çox idi və o, güclülərin tərəfinə keçdi. Amma o, bunu etməməli idi”.

Lukaşenko xatırladıb ki, Volodimir Zelenski ukraynalılara çox söz verib və onun əsas vədi müharibəni dayandırmaq olub:

“Amma əslində o, bu müharibəni daha da qızışdırmaq üçün hər şeyi etdi. Bəli, Zelenskinin belə səhvləri olub, amma onu da buna məcbur ediblər”.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyadan Krımla bağlı təcili addım…

redaktor

Ukrayna Rusiyanı vurdu

admin

“NATO ölkəsi elə pis qorunur ki, onun başına hər kəs nə ilə istəsə, vura bilər…” -Simonyan sevindi

redaktor