16 C
Bakı
23 Oktyabr 2026 04:15
Cəmiyyət

Baş həkmin ölkədən çıxışına QADAĞA QOYULDU

Naxçıvan Muxtar Respublikası, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkiminin ölkədən çıxışına məhdudiyyət qoyulub.

 

Tacxeber.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızının direktor və baş həkimi olduğu xəstəxananın dövlət büdcəsinə 57 097.94 manat vergi borcu yaranıb.

 

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Mehriban Abdullayevaya sözügedən borcun ödənilməsi üçün beş gün vaxt verilib.

 

İdarə tərəfindən məhkəməyə müraciət edilərək, xanım baş həkimin ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edilib.

 

Məhkəmə 1986-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatda olan Mehriban Abdullayevanın borcun ödənilməsini təmin edənə qədər ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Mövqe transformasiyası” ideyasının memarı Fazil Mustafa — Emil Rasimoğlu yazır…

redaktor

Yaponiyanın demoqrafik faciəsi

redaktor

Güclü dövlət yalnız güclü və sağlam cəmiyyət üzərində qurula bilər

redaktor