22.5 C
Bakı
28 İyun 2026 12:55
Siyasət

Ərdoğan Avropaya xəbərdarlıq etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropaya xəbərdarlıq edib.

 

Tacxeber.com xəbər verir ki, o, bu barədə səfirlərlə iftar proqramında çıxışı zamanı deyib.

 

Ölkə lideri qeyd edib ki, Türkiyənin Avropa İttifaqına üzvlük prosesi strateji prioritetdir: “Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil. Türkiyənin layiq olmadığı Avropanın qlobal aktor olaraq mövcudluğunu davam etdirməsi getdikcə mümkünsüz hala çevrilir”.

 

Onun sözlərinə görə, bu gün dünyada “meşə qanunları” hökm sürür: “Təəssüf ki, güclü olanların zəifləri əzməsi nəticəsində yeni problemlər meydana çıxır. Bunun qarşısı alınmasa, hərbi və siyasi partlayışlar ola bilər. Problemlərin həllini zamana buraxaraq, gözlərimizi yumaraq, təhlükələrə laqeyd yanaşaraq heç bir yerə çıxa bilmərik”.

Tacxeber.com

Oxşar xəbərlər

“Rusiya Ukraynadan öncə bu ölkə ilə müharibəyə hazırlaşırmış” – ŞOK İDDİA

redaktor

Rusiyanın 250 milyardı Ukraynaya xərclənir…

redaktor

Putinin Ermənistanla bağlı planı üzə çıxdı – Oktyabrda başlayacaq

redaktor