Cəmiyyət

Deputat: “Enerji içkilərindən istifadə edənlərin uşaqları olmur”

“Ölkəmizə qarşı aparılan səssiz müharibə kateqoriyalarından biri də enerji içkiləri ilə bağlıdır. Burada da hesabat hazırlanmalıdır”.

Tacxeber.com“qafqazinfo.az”a istinadən xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

“Enerji içkilərinin satışı və istifadəsini də insan hüquqlarının pozulması kimi kateqoriyaya daxil etməliyik. Enerji içkilərindən istifadə edənlərin 23-25 yaşlarında şəkər xəstəlikləri baş qaldırır, tükənməzlik sindromu özünü biruzə verir. Bu isə demoqrafik proseslərə təsir edir və onların övladları olmur. Bu, çox dəhşətli bir şeydir. Enerji içkiləri genefondu qurutmaq üçün xüsusi düşünülmüş səssiz müharibə vasitələrindən biridir”, – deyə millət vəkili bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Nəcməddin Sadıkovun bacısı oğlu “Tərtər işi” üzrə DİNDİRİLDİ

admin

Diplom üçün tələbələrdən rüşvət alan müəllim QOVULDU – VİDEO

redaktor

Rza Talıbov avtomobili Naxçıvan Ali Məclisinin qarşısına sürdü, qalmaqal yarandı

redaktor