22.2 C
Bakı
10 İyun 2026 03:43
CəmiyyətSağlamlıq

Azərbaycanda həkimlər ürəyi dayanan xəstəni 10 dəqiqə sonra həyata qaytardılar – VİDEO

Azərbaycanda həkimlər ürəyi dayanan xəstəni ürək masajı ilə həyata qaytarıblar.

 

Tacxeber.com xəbər verir ki, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, aqonal vəziyyətdə xəstəxananın Təcili tibbi yardım şöbəsinə çatdırılan 1961-ci il təvəllüdlü şəxsin ürəyinin dayandığı müşahidə edilib. Həyati təhlükəni ortadan qaldırmaq üçün həkimlər dərhal ilkin tibbi yardıma başlayıblar.

 

Təcili tibbi yardım şöbəsinin iki həkimi – Vüsal Rüstəmli və Pərviz Əlizadə növbəli şəkildə fasiləsiz ürək masajı ediblər.
Hər keçən dəqiqə həyati təhlükəli olsa da, onlar xəstəni həyata qaytara biliblər.

 

Təxminən 10 dəqiqədən artıq davam edən bu mübarizə nəticəsində pasiyentin ürək fəaliyyəti bərpa edilib.

 

Kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu ilə tibb müəssisənin Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti hazırda ağır stabil qiymətləndirilir.

 

Oxşar xəbərlər

Müəllimlər Günü ilə bağlı “hədiyyə” təmtərağı – Valideyn komitələri hər il niyə pul YIĞIR?

redaktor

Azərbaycanda qızılca HƏYƏCANI – Məktəblər açılandan sonra…

redaktor

İki ay ərzində bu qidaları yeyənlərdə xəstəliklərdən əsər-əlamət qalmır

redaktor