CəmiyyətDinGündəmMüsahibə

“Soyad məfhumunun İslamla əlaqəsi yoxdur” – Elşad Miri

 

Ailə həyatı quran qadının ərinin soyadını götürməsi İslam dinində yaxşı hal kimi qarşılanmır. Bununla bağlı irəli sürülən iddialara görə, qadının ərinin soyadına keçməsi dini baxımdan haramdır.

 

Bu iddialar nə dərəcədə doğrudur? İslam dininin qeyd edilən məsələyə baxışı necədir?

Tacxeber.com xəbər verir ki, bu mövzu ilə bağlı Sfera.az-a açıqlama verən dinşünas Elşad Miri bildirib ki, belə məsələlərin İslama aidiyyatı yoxdur.

 

Onun sözlərinə görə, bugünkü soyad anlayışı peyğəmbərin yaşadığı dövrdə olmayıb: “O vaxt insanlar atasının adı ilə adlandırılıb. Məsələn, Əsma binti Əbu Bəkr, yəni Əbu Bəkrin qızı Əsma. Bu yazılış qaydası, evlənsən də, ərə də getsən dəyişmir, ömür boyu eyni qalır. Sonrakı dövrlərdə dəyişikliklər baş verib. Sonluqlara şəkilçilər də əlavə edilib. Lakin bəzi ölkələrdə heç şəkilçilər də istifadə olunmur”.

E.Miri qeyd edib ki, İslamda məsələnin literal tərəfi ilə yox, mahiyyəti ilə yanaşılır: “Burada ailənin hüzurlu, firavan yaşaması vurğulanır. İslam dini evliliyin məsuliyyətli iş olduğunu bildirir. Quranda da qeyd olunur ki, insanların evlənmələrindəki əsas məqsəd bir-biri ilə təskinlik tapmaqdır. Soyad məfhumunun İslamla əlaqəsi yoxdur”.

 

Tacxeber.com

Oxşar xəbərlər

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor

Müharibənin Bumeranq Effekti: Rusiya Öz Yanacaq Qıtlığında Boğulur

redaktor