12 C
Bakı
25 Mart 2026 12:51
Cəmiyyət

Nərimanovda səki restorana satılıb? – FOTOLAR

“Zeyd” restoranı səkinin əsas hissəsini zəbt edib.

 

Tacxeber.com xəbər verir ki, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Zeyd” restoranı piyadalar üçün nəzərə tutulan səkinin böyük hissəsini zəbt edib.

 

Bu, həm piyadaların hərəkətində çətinlik yaradır, həm də ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur.

 

Yay aylarında müştəri sayı çox olduğundan hərəkət daha da çətinləşir. Bir sözlə, yola davam edən piyadalar restoranın içərisindən keçməli olur.

 

Sakinlər bildirir ki, səkini zəbt edən restoran çöldəki fəaliyyətini əsasən isti aylarda bərpa edirmiş. İndi isə əlavə şüşə arakəsmələr gətirilib və restoranın səkidə olan qanunsuz hissəsində əlavə işlər görülür ki, indi də fəaliyyət göstərə bilsinlər.

Tacxeber.com

Oxşar xəbərlər

Otel otaqlarında gizli kameralar hara quraşdırılır?

admin

Deputatın 50 milyon dollarlıq mülkü həbs altında qalacaq – YENİLƏNİB

admin

Şirkət rəhbərinə “stop“ qoyulur – 730 min borcu var

redaktor