Cəmiyyət

Masazırda mal əti adı ilə camış əti satılırmış

Masazırda fəaliyyət göstərən ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb.

 

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)məlumat yayıb.

Bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində fəaliyyət göstərən fiziki şəxs Həsənov Nurəli Şükür oğluna məxsus ət satışı məntəqəsində satışa çıxarılan ətlərdən götürülmüş nümunələrin müayinəsi nəticəsində mal DNT-si ilə yanaşı, camış DNT-si də aşkarlanıb.

 

“Məntəqədə keçirilmiş plandankənar yoxlama zamanı ətlərin baytarlıq sənədləri olmadan satışının həyata keçirildiyi müəyyən edilib.

Faktla bağlı fiziki şəxs inzibati məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir”,- deyə məlumatda qeyd edilib. (Musavat)

 

Tacxeber.com

Oxşar xəbərlər

Hacı Şahin, Qənirə Paşayeva və Aygün Bəylər: onların ölümünü nə birləşdirir? – ŞOK DETAL

redaktor

Abid Şərifovdan nəvəsinin yeni şirkət yaratmasına REAKSİYA

redaktor

SƏHİYYƏAzərbaycanda 57 yaşlı qadın ana oldu – FOTO

admin