24 C
Bakı
22 İyun 2025 10:21
Dünyaİdman

Beynəlxalq Olimpiya Komitəsindən Rusiya və Belarus idmançılarına “yaşıl işıq”

Beynəlxalq Olimpiya Komitəsi (IOC) qış idman növləri üzrə federasiyaları Rusiya və Belarus idmançılarını 2026-cı il Qış Olimpiya Oyunlarının təsnifat yarışlarına buraxmağa çağırıb.

 

Tacxeber.com  İsveçin SVT telekanalına istinadən xəbər verir ki, IOC mövqeyini Beynəlxalq Biatlonçular İttifaqı (IBU) və Beynəlxalq Xizək İdmanı və Snoubord Federasiyasına (FIS) aydın izah edib.

 

SVT bildirir ki, bu, tələb yox, məsələnin həll yolu kimi irəli sürülüb: “Onlar neytral idmançıların Qış Olimpiya Oyunlarında iştirak edə bilmələri üçün həll yolu tapmaq istəyirlər və ümid edirlər ki, tezliklə neytral idmançıların təsnifat mərhələsini keçmələrinə icazə verəcəyik”.

 

2024-cü ilin dekabrında Beynəlxalq Konkisürənlər İttifaqı (ISU) Rusiya idmançılarını olimpiya lisenziyalı yarışlara buraxıb.

 

Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunları İtaliyanın Milan və Kortina d Ampetso şəhərlərində keçiriləcək. (Teleqraf.com)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada müdafiə nazirinin keçmiş müavininin 1 milyard rubl rüşvət aldığı deyilir

redaktor

Pakistanda terror aktı: Azı 23 nəfər ölüb

admin

Çeçenlərdən ibarət növbəti qrup Donbasa getdi

redaktor