21 C
Bakı
22 İyun 2025 22:29
İqtisadiyyat

Rəfail Mehralıyevin yeznəsini tenderlərdə qalib edən qurumun 1.8 milyon borcu var

Yasamal Rayon İcra Hakimiyyəti başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfat Birliyi külli miqdarda borclanıb. Bu birlik növbəti dəfə maliyyə qalmaqalı yaşayır.

 

Musavat.com xəbər verir ki, Mənzil-Kommunal Təsərrüfat Birliyinin 1 milyon 800 min manat vergi borcu var.

 

Yasamal Rayon İcra Hakimiyyəti başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfat Birliyi ilk dəfə deyil ki, bu cür maliyyə qalmaqalı ilə gündəm olur. MKTB-nin tender layihələri ilə bağlı çoxsaylı narazılıqlar da var.

 

Belə ki, MKTB-nin tenderlərinin əvvəlcədən razılaşdırılmış şəkildə eyni şəxslərə verilməsi ilə bağlı ciddi ittihamlar yer alır.

 

Ən əsas ittiham isə tenderlərin qalibinin Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi Eldar Şirinov olmasıdır.

 

Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat Birliyi əhalinin mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, əsaslı tikinti və təmir sahəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, zibil daşınması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir.

 

Mənzil-Kommunal Təsərrüfat Birlikləri (MKTB) müstəqil balansa, bank hesablarına və digər hesablara malik olub, qismən büdcədən maliyyələşdirilməklə, təsərrüfat hesabı əsasında fəaliyyət göstərirlər.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda mal ətinin topdansatış qiyməti 5 manatdır – Rəsmi

admin

“Qazın pulunu ödəyə bilməyənə işlətmədiyin qaza görə pul ödəməlisən deyəcəyik?”

admin

Gömrük Hospitalı və “Yeni Klinika”da maaşlar niyə verilmir? – AÇIQLAMA

redaktor