2 C
Bakı
11 Fevral 2026 03:22
Hadisə

Azərbaycan Ordusunun polkovniki qəfil vəfat etdi

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Azad Bağırov vəfat edib.

 

Tacxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, 48 yaşlı zabit axşam yatıb və yuxudan ayılmayıb.

 

Qeyd edək ki, Azad Mahal oğlu Bağırov 1976-cı il avqustun 16-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub.

 

1998-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. Uzun illər ön xətdə kəşfiyyat bölmələrində xidmət edib. İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 30 dekabr tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. O, bu mükafata Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə layiq görülüb.

 

A.Bağırov Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsindən ehtiyata buraxılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

31 yaşlı müəllim qəfil vəfat etdi – Müharibə qazisi idi – Foto

redaktor

Gürcüstanda yaşayan azərbaycanlı mühacir-jurnalist yenidən saxlanılıb

admin

“Bu, olduqca çətin siyasi qərardır. Başa düşürəm ki, NATO ölkələrinin daha çox pula ehtiyacı var”

admin