12 C
Bakı
28 Mart 2026 03:51
Dünya

Rubio: “Tramp Zelenskidən inciyib, ədalətli, minnətdar olmaq lazımdır”

ABŞ dövlət katibi Marko Rubio prezident Donald Trampın Ukrayna lideri Volodimir Zelenskini tənqid etməsini və onun mənfi münasibətini “ədalətli” adlandırıb.

 

Tacxeber.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio müsahibəsində deyib.

 

“Tramp prezident Zelenskidən çox üzgündür və bu, bir qədər ədalətlidir”.

 

Ukrayna məsləsinə gəldikdə dövlət katibi deyib ki, Ukrayna ilə maraqlanırlar, çünki bunun müttəfiqlərinə və nəticədə dünya üçün təsirləri var: “Müəyyən dərəcədə minnətdarlıq olmalıdır”.

 

Rubio həmçinin Zelenskinin ABŞ-nin metallarla bağlı müqaviləsini rədd  cavabından məyus olduğunu da qeyd edib.

 

ABŞ-Rusiya görüşülərinə gəldikdə Rubio bildirib ki, Səudiyyə Ərəbistanında keçirilən görüşdə ərazi məsələləri müzakirə edilməyib.

 

“Biz ərazilərlə bağlı heç bir konkret məsələni müzakirə etmədik, çünki görüşün məqsədi bu deyildi. Görüşün məqsədi sülhün müzakirəsində real marağın olub-olmadığını müəyyən etmək idi”.

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyanın həyat yoldaşı ilə İrəvanda gəzməyi lağa qoyuldu

admin

“Ərdoğanla dostluğum NATO-nu xilas etdi” – Stoltenberq

redaktor

Rusiya yeni savaşa girəcək, ölkə dağılacaq – Rus filosof

admin