Dünya

Paşinyanın həyat yoldaşı ilə İrəvanda gəzməyi lağa qoyuldu

Anna Akopyan həyat yoldaşı Nikol Paşinyanla İrəvanın mərkəzi küçələrindən birində gəzib. Bununla bağlı çəkilən fotonu Facebook səhifəsində dərc edib.

Tacxəbərxəbər verir ki, bu barədə informasiya “hraparak.am” saytında yer alıb.

Mənbə yazır ki, gəzintinin təhlükəsizliyini təmin etmək üçün küçəyə kənar şəxs buraxılmayıb, hər tərəfdə cangüdənlər gəzib, heç kimin qəfildən “demokrat baş nazir”ə və ya onun xanımına yaxınlaşmamasına diqqət yetirilib:

“Və bu yolla elə bir fon yaratmağa çalışırlar ki, hətta müharibədən sonra da onların qorxacaq heç bir şeyləri yoxdur, sərbəst şəkildə küçəyə çıxıb şəhəri gəzə bilirlər və heç kim onları  təhdid etməyəcək, hətta pis söz deməyəcək.

Baxmayaraq ki, bu yaxınlarda Yusya prospekti ilə hərəkətdə olarkən bir vətəndaş xain Paşinyanın arxasınca qışqırıb”.

Qeyd edək ki, bu gün səhər saatlarında Paşinyan həyat yoldaşı ilə kafedə kofe içib. Görüntülər internetdə yayılıb. (Bizim.Media)

Tacxeber.com

Oxşar xəbərlər

Dəhşətli hadisədə valideynlərini itirən uşaqlara 1,5 milyon bağışladı

redaktor

Erməni müəllimdən şagirdlərinə: Tariximizi öyrənməyin, yoxsa…

admin

“Gün ərzində Ukraynaya 3 hava və 57 raket zərbəsi endirilib”

redaktor