28 C
Bakı
13 Avqust 2025 18:31
DünyaGündəm

Zelenski: Ukrayna işğal olunan ərazilərindən imtina etməyəcək – VİDEO

Ukrayna işğal olunan ərazilərindən hüquqi olaraq imtina etməyəcək və onları geri qaytarmaq üçün diplomatik yollar axtaracaq.

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News”a müsahibəsində deyib.

“Hüquqi olaraq biz işğal olunmuş ərazimizi Rusiya ərazisi kimi tanımayacağıq. Biz bunu heç vaxt etməyəcəyik”, – Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna ərazilərin qaytarılmasının diplomatik yolunu müzakirə etməyə hazırdır, xüsusən də ona NATO-ya üzvlük zəmanəti verilərsə.

Dövlət başçısı həmçinin bildirib ki, o, hələ də Ukraynanın müharibədə hərbi yolla qalib gəlməsinin mümkün olduğuna inanır.


Tacxeber.com

Oxşar xəbərlər

Kadırovun 19 yaşlı nazir oğlu fəxri vətəndaş da oldu.

admin

Bakı rus aparıcılardan imtina etdi – Proqramdan çıxardılar – FOTO

redaktor

Depressiyaya səbəb olan qidalar

redaktor