24 C
Bakı
26 Sentyabr 2025 17:37
Cəmiyyət

Nemət Pənahlının müsadirə edilən avtomobili hərraca ÇIXARILIR – 42 min manata

Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) keçmiş sədri Nemət Pənahlının avtomobilini hərraca çıxarır.

 

Tacxeber.com “qafqazinfo.az”a istinadən xəbər verir ki, fevralın 28-də keçiriləcək hərracda bir neçə vergi ödəyicisinin ödənilməmiş borclarına görə siyahıya alınmış əmlaklarının hərrac vasitəsilə satışı nəzərdə tutulur.

 

Satışa çıxarılan əmlaklar arasında N.Pənahlının 2010-cu il istehsallı “Toyota Land Cruiser” markalı avtomobili də var. Avtomobilə 42 min manat qiymət təyin edilib.


Qeyd edək ki, Nemət Pənalı Teleqraf.az-a açıqlamasında vergi borcunun həyat yoldaşının gəlinlik geyimləri biznesinə görə yarandığını deyib.

 

Xatırladaq ki, bir müddət əvvəl Nemət Pənahlının həmin avtomobili 1100 manat cərimə borcuna görə də saxlanılaraq cərimə meydançasına aparılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Şəhidlər Xiyabanından video paylaşan əcnəbilərə cinayət işi açıldı – 3 nəfər TUTULUB

redaktor

Saatlarla enerji doldurur, cəmi 300-400 kilometr gedə bilir: Elektrik benzinə qalib gələ bilmir

admin

“Banu“nun Günelindən ölüm xəbərinə REAKSİYA

redaktor