Dünya

Azərbaycan helikopter ilə vəhşi heyvanları peyvəndlədilər

Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

 

Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib.

 

Müəyyən edilmiş istiqamətlər üzrə mürəkkəb relyefli dağ-meşə massivlərində həyata keçirilən quduzluq xəstəliyi əleyhinə peyvəndləmə prosesi çərçivəsində helikopterlər vasitəsilə meşə zolaqlarına ümumilikdə 600 kilometrdən çox məsafədə 13 min aldadıcı yem səpilib.

 

Qeyd edilib ki, peyvəndləmə məqsədilə uçuşların davam etdirilməsi nəzərdə tutulur.

 

Oxşar xəbərlər

Yəhudi lobbisinin hərəkətə keçməsindən narahat olan erməni lobbisi prosesin qarşısını almağa çalışır.

admin

Məktəbdə BİABIRÇILIQ: Müəllim pornoya baxarkən tutuldu – VİDEO

redaktor

Trampdan görüş sonrası İLK PAYLAŞIM: “Zelenski bizə hörmətsizlik etdi”

redaktor