Hadisə

Goranboyda qayınata gəlinə qumbara atdı

Goranboyda qumbara partlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

 

Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.

 

Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir. Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

 

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

“Qudalar Agentliyi”nin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavinin oğlu əmlaklarını Londonda girov qoyur.

admin

Qusarda “TikTok”a video çəkmək istəyən sürücü həyatından oldu

admin

SSRİ – də (Hadrudda) olan dəhşətli taun hadisəsi zamanı insanlar ölülərin ürəklərini yeyiblər

admin