28 C
Bakı
12 Avqust 2025 18:28
Dünya

“Seçkilərin keçirilməsini Ukrayna xalqı istəmir” – Zelenski

“Seçkilərin keçirilməsini Ukrayna xalqı istəmir” – Zelenski

 

Münhen Konfransında çıxış edən Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçkiləri ilə bağlı mövzuya toxunub.

 

Tacxeber.com UNİAN-a istinadən xəbər verir ki, prezident seçkilər barədə danışmağa hazır olduğunu, lakin ukraynalıların bunu istəmədiyini bildirib.

 

“Diqqətimi ölkənin sağ qalmasına yönəldirəm. Prezidentlik vaxtının yarısı COVID-19-a, digər yarısı isə Putinə sərf olunub. Mən seçkilər haqqında danışmağa hazıram, amma ukraynalılar bunu istəmir”, – deyən Zelenski vurğulayıb ki, hazırda ölkə daxilində birliyi qoruyub saxlamaq vacibdir.

 

Zelenskinin sözlərinə görə, seçkilər müharibənin qaynar mərhələsi başa çatdıqdan və hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcək:“Bəli, müharibə zamanı seçki ola bilməz. Əgər seçki istəyiriksə, qanunvericiliyi, Konstitusiyanı dəyişmək lazımdır. Onu da nəzərə almaq lazımdır ki, müharibə hərbçilərin seçkidə iştirakını çətinləşdirir. Müharibə vəziyyətində bizim hərbçilər necə səs verəcək? İşğal olunmuş ərazilərdəki insanlar necə səs verəcək? Müharibə səbəbindən xaricdə olan səkkiz milyon ukraynalı necə səs verəcək?”

Tacxeber.com

Oxşar xəbərlər

Xaça görə hay-küy salan ermənilər məscidin qapısını söküb “pub”da istifadə edirmiş – FOTO

redaktor

Belarus səfirliyi xalqımızı təbrik etdi

redaktor

Bu, ölüm-dirim məsələsidir: Qərb bu dəliyə mane olmalıdır

redaktor