24 C
Bakı
11 Avqust 2025 22:23
Dünya

Zelenski: Rusiya Odessanı bu səbəbdən ələ keçirməyə çalışır

Rusiya kənd təsərrüfatı məhsullarının dünya bazarında qiymətlərinə nəzarət etmək üçün Odessa limanlarını ələ keçirmək istəyir.

 

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Reuters”ə müsahibəsində deyib.

 

“Konkret iqtisadi maraq olduğundan onların Odessa limanlarını ələ keçirmək istəkləri var. Onlar çoxdan öz taxıllarını OPEK-ə çevirmək istəyirlər ki, heç olmasa, dünyanın əksər hissəsində aqrar-sənaye kompleksinin qiymətlərinə tam nəzarət etsinlər. Bu məqsədlərinə nail olmaq üçün Odessa limanlarını ələ keçirmək qalıb”, – Zelenski bildirib.

 

Ukrayna lideri əlavə edib ki, bu yolla Rusiya artıq Krıma nəzarət etdiyi üçün Qara dənizə nəzarət edəcək: “Bu onlar üçün çox vacibdir. Bu yolla ruslar taxıl dəhlizini tamamilə öz nəzarətlərinə götürmək istəyirlər”.

 

O həmçinin qeyd edib ki, bu yolla Ukraynanı diz çökdürüb məhv etmək istəyirlər.

Tacxeber.com

Oxşar xəbərlər

Qalkin dinini dəyişib: Puqaçova deport edilə bilər

redaktor

Ərdoğan: “Azərbaycan zəlzələ bölgəsində vacib layihələr həyata keçirmək istəyir”

redaktor

Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac varmı?

redaktor