8 C
Bakı
09 Fevral 2026 13:17
Dünya

Zelenski: Rusiya Odessanı bu səbəbdən ələ keçirməyə çalışır

Rusiya kənd təsərrüfatı məhsullarının dünya bazarında qiymətlərinə nəzarət etmək üçün Odessa limanlarını ələ keçirmək istəyir.

 

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Reuters”ə müsahibəsində deyib.

 

“Konkret iqtisadi maraq olduğundan onların Odessa limanlarını ələ keçirmək istəkləri var. Onlar çoxdan öz taxıllarını OPEK-ə çevirmək istəyirlər ki, heç olmasa, dünyanın əksər hissəsində aqrar-sənaye kompleksinin qiymətlərinə tam nəzarət etsinlər. Bu məqsədlərinə nail olmaq üçün Odessa limanlarını ələ keçirmək qalıb”, – Zelenski bildirib.

 

Ukrayna lideri əlavə edib ki, bu yolla Rusiya artıq Krıma nəzarət etdiyi üçün Qara dənizə nəzarət edəcək: “Bu onlar üçün çox vacibdir. Bu yolla ruslar taxıl dəhlizini tamamilə öz nəzarətlərinə götürmək istəyirlər”.

 

O həmçinin qeyd edib ki, bu yolla Ukraynanı diz çökdürüb məhv etmək istəyirlər.

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkədə təyyarə yoldan geri qayıtdı – Görün səbəbi nə imiş?

redaktor

İran öz qırıcısını vurdu – Video

redaktor

Rusiya ordusu 100 illik müharibədə ən yavaş irəliləyişini nümayiş etdirib – gündə 15 metr.

admin