CəmiyyətDünyaGündəmQalmaqalSiyasətTexnologiya

“Google” xəritələrində Meksika körfəzinin adı dəyişdirildi

“Google” şirkəti Meksika körfəzinin rəsmi olaraq Amerika körfəzi adlandırılmasına başlayıb.

 

Bu barədə şirkətin açıqlamasında bildirilib.

 

ABŞ-də “Google Maps” xəritə xidmətində artıq yeni ad göstərilir.

Məlumatda qeyd olunub ki, ABŞ-də “Google Maps” xidmətindən istifadə edənlər Amerika körfəzi, Meksikada olanlar Meksika körfəzi, digərləri isə hər iki adı görəcəklər, onlardan biri mötərizədə yazılacaq.

 

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Meksika körfəzinin Amerika körfəzi adlandırılması prosesinə başlanılması barədə fərman imzalayıb. Ağ Ev rəhbəri bunu sözügedən körfəzin “dünyanın ən böyük körfəzi” olması və “Amerika iqtisadiyyatı üçün əhəmiyyətini qoruyub saxlaması” ilə əsaslandırıb. (Sfera)

 

Tacxeber.com

Oxşar xəbərlər

Həkim rəyi:”Gələn həftədə aclıgı davam etdirsə Tofiq Yagublunu itirəcəyik”

admin

Yeganə Hacıyeva: “Trendyol”dan pencək sifariş etmişdim, astarı cırıq, “second hand” pencek göndərildi”

redaktor

Bakıda evində tiryəkxana təşkil edən qadın tutuldu

redaktor