26 C
Bakı
13 Avqust 2025 02:02
Dünya

İran TƏHDİD ETDİ – Hörmüz boğazını bağlaya bilərik!

“İran lazım gələrsə, Hörmüz boğazını bağlaya bilər.”

Bu sözləri SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri deyib.

 

“Hərbi gücə əl atmaqla Hörmüz boğazını bağlaya bilərik. Ancaq biz indi boğazdan istifadə etdiyimiz halda bunu etməyəcəyik” , – deyə Tanqsiri qeyd edib.

 

Tangsiri vurğulayıb ki, ABŞ heç vaxt İran neftinin ixracını dayandırmaq məqsədinə nail ola bilməyəcək.

 

O, Şahid Bakeri PUA-sının və helikopter daşıyıcı gəmisinin SEPAH Hərbi Dəniz Qüvvələrində istismara verilməsini xatırladıb. Onun sözlərinə görə, gəmi 1000 kilometrə qədər mənzilli raketləri də buraxa bilir.

 

Tanqsiri izah edib ki, raket silahları sayəsində gəmi özünü müdafiə edə bilir. O əlavə edib ki, gəmi anqarlarda beş helikopter və göyərtədə dörd böyük helikopter daşıya bilir.

Tacxeber.com

Oxşar xəbərlər

Xankəndidən gedən erməni: “Bir daha geri qayıtmayacağam”

redaktor

Doğrudan da bu Tramp çox kəmfürsət, keyfiyyətsiz biri imiş.

admin

Hakim ömürlük cəzalandırıldı.

admin