21 C
Bakı
23 İyun 2025 01:53
Dünya

Zelenski: Müharibənin bu il başa çatması mümkündür

Rusiyanın Ukraynaya qarşı müharibəsinin bu il başa çatması mümkündür. Bunun üçün sanksiyalar gücləndirilməli və Ukraynaya təhlükəsizlik təminatı verilməlidir.

 

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın “ITV News” telekanalına müsahibəsində söyləyib.

 

Zelenski hesab edir ki, indi bunun üçün bütün imkanlar var. Üstəlik, Ukrayna dövləti başçısının fikrincə, ABŞ Prezidenti Donald Tramp da müharibənin tez bitməsini istəyir.

 

“İnanıram ki, bu gün bunun üçün bütün imkanlar var. Məncə, Tramp müharibənin tez bitməsini istəyir. Tez olub-olmamasından asılı olmayaraq, bunun necə nəticələnəcəyini bilmirik, amma bilirik ki, güclü olmalıyıq. O, güclüdür, lakin avropalılarla ittifaqda da qətiyyətlə hərəkət etməliyik”, – deyə Zelenski vurğulayıb.

 

Ukrayna Prezidenti deyib ki, Rusiyaya təzyiqi artırmaq üçün sanksiyalar total olmalıdır. Zelenski, həmçinin xalqı arxayın etmək üçün Ukraynanın təhlükəsizlik təminatının vacibliyini qeyd edib və tərəfdaş ölkələri Ukrayna iqtisadiyyatının bərpasına, insanların geri qayıtmasına kömək etməyə çağırıb.

 

“Bizə ölkəni tərk edən 8 milyon insanımız lazımdır”, – deyə Ukrayna Prezidenti bildirib. O, eyni zamanda vurğulayıb ki, bu gün artıq Ukrayna üçün ədalətdən söhbət getmir, söhbət müharibənin qaynar mərhələsinin başa çatmasından gedir.

Tacxeber.com

Oxşar xəbərlər

Bu müharibədə arxa cəbhə ön cəbhədən daha təhlükəlidir

redaktor

Əsədi devirən, başına 10 milyon qoyulan Colani kimdir?

redaktor

Bu gün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji ilə bağlı saziş imzalanacaq

redaktor