16 C
Bakı
26 Sentyabr 2025 23:15
Dünya

Tramp-Putin ünsiyyəti: Peskov bixəbərdir

Dmitri Peskov Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı barədə məlumatı nə təsdiq, nə də təkzib edib.

 

Tacxeber.com Interfax-a istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi deyib:

 

“Vaşinqtonda administrasiya öz işini açdıqca, çoxlu müxtəlif kommunikasiyalar yaranır və bu kommunikasiyalar müxtəlif kanallar vasitəsilə aparılır və təbii ki, bu kommunikasiyaların çoxluğu fonunda mən şəxsən nəyisə bilmirəm, nədənsə xəbərsiz ola bilərəm. Ona görə də bu halda mən bunu nə təsdiq edə, nə də inkar edə bilərəm”

 

Xatırladaq: “The New York Post” daha əvvəl yazıb ki, Tramp rusiyalı həmkarı ilə telefonla Ukraynadakı münaqişənin həlli məsələləri ilə bağlı danışıb.

Tacxeber.com

Oxşar xəbərlər

Şok: Ukrayna Rusiyanın bu ərazilərini işğal etdi – Təcili

admin

Əcnəbilər Ukrayna ordusunda zabit kimi xidmət edə biləcək

redaktor

Çin və Hindistan Rusiyada neft axtaracaq

admin