12 C
Bakı
16 Mart 2026 18:35
DünyaGündəm

“Moskvanın Putinlə danışıqların ləğvi ilə bağlı bəyanatı “rus nağılıdır”” – Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi Moskvanın Putinlə danışıqların ləğvi ilə bağlı vəziyyətə dair açıqlamalarını “rus nağılı”adlandırıb.

Tacxeber.comxəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi brifinq zamanı deyib.

“Onlar (Rusiya tərəfi) danışıqlar masasına oturmamaq üçün bəhanələr axtaracaqlar. Və bunu açıq şəkildə deyirəm.Bu və ya digər səbəblər, bəhanələr axtaracaqlar. Əgər biz müharibəni bitirmək istəyiriksə və biz həqiqətən sülh istəyiriksə, o zaman bəhanələr şübhəsiz ikinci plana keçməlidir. Amma problem ondadır ki, Putin, prinsipcə, mənimlə müharibəni bitirmək barədə danışmaqdan qorxur. Bilmirəm niyə, belə görünür. Lakin o, böyüklərin (Qərbin) iştirakı olmadan mənimlə təkbətək danışıqlardan qorxur”, – Zelenski qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Mask 12-ci dəfə ata oldu

redaktor

Ukraynanın “boz kardinalı” istefa verib

redaktor

Trampın korrupsiyası Ukrayna korrupsiyasından daha betərdir?

admin