12 C
Bakı
28 Mart 2026 23:03
İdman

Hoteldə qızla tanış olmaq istəyən azərbaycanlı futbolçunu komandadan qovdular – FOTO

“Turan Tovuz”un futbolçusu Nahid Əliyev Bakıda yerləşən hotellərin birində qızla tanış olmağa çalışarkən qalmaqala səbəb olub.

 

Tacxeber.com “sportinfo”ya istinadən xəbər verir ki, gənc oyunçu komandanın yerləşdiyi məkanda qarşısına çıxan qızla tanış olmaq istəyib.

 

Xarici ölkə vətəndaşı olan xanım isə onun təklifini qəbul etməyib. Futbolçunun ondan əl çəkmədiyini görən əcnəbi xanım hotelin təhlükəsizlik xidmətinə şikayətlənib.

 

Onlar da öz növbəsində bu barədə klub funksionerlərini məlumatlandırıblar. Hadisə yerinə gələn rəsmilər qızı sakitləşdiriblər.

 

Eyni zamanda klubun baş məşqçisi Kurban Berdiyev Nahid Əliyevi düşərgədən uzaqlaşdırıb.

 

Rusiyalı çalışdırıcı 2005-ci il təvəllüdlü gənci yalnız əsas komandadan kənarlaşdırmayıb. O, əvəzedici heyətin qapılarını da yarımmüdafiəçinin üzünə bağlayıb.

 

Qeyd edək ki, bu hadisə bir neçə ay öncə baş versə də, mediada indi gündəmə gəlib.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

“Yurqorden” derbiyə çıxır – Musa start heyətdə

admin

“Nant”ın baş məşqçisi: “Mərhələni “Qarabağ” da keçsəydi, məyus olmazdıq”

admin

Azərbaycanlı referi ilk dəfə ÇL oyununu idarə edəcək.

admin