23.3 C
Bakı
13 İyun 2026 10:34
Gündəm

Eldar Mansurovun oğlu yüksək vəzifəyə təyin olundu

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik olub. Tacxeber.com xəbər verir ki, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev sədrin müşaviri təyin edilib.

Bununla da AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.

 

Vüsal Cavanşir oğlu Qurbanov, Seydiyev Elrad Eldar oğlu, Mansurov Anar Eldar oğlu və Rəsulov Tərlan İzzət oğlu bu il fevralın 3-dən Mərkəzi Bankın baş direktorları təyin ediliblər.

 

Qeyd edək ki, Vüsal Qurbanov buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb. Elrad Seydiyev AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin, Anar Mansurov Maliyyə idarəetməsi departamentinin, Tərlan Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin rəhbəri olub. Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 9-a çatıb.

 

Bildirək ki, Anar Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur. O, bundan əvvəl “AzerGold” QSC-nin maliyyə şöbəsinin rəisi, səhmdar cəmiyyətinin törəmə şirkəti – “Azerblast” MMC-nin Müşahidə Şurasının sədri olub, paralel olaraq “AzRe Təkrarsığorta” ASC-nin Direktor Şurasının müstəqil üzvüdür.

 

Eldar Mansurovun iki oğlu var. Digər oğlu Ülvi Mansurov da bank sektorunda fəaliyyət göstərir.

Tacxeber.com

Oxşar xəbərlər

Putinə güzəşt ola bilməz, Rusiya uduzmalı və… – Consondan XƏBƏRDARLIQ

redaktor

Bakıda bahalı nömrəli maşının sürücüsündən əxlaqsız hərəkət: Evli xanımlara sataşdı – VİDEO

redaktor

“Azərbaycan Dəmir Yolları”ndan yarımçıq hesabat və 100 milyonluq zərər

admin