28 C
Bakı
11 Avqust 2025 20:05
DünyaHadisə

“İmam Əli Mərkəzi” casus yuvasıdır – Nazir

Stokholm şəhərindəki “İmam Əli İslam Mərkəzi” İran kəşfiyyatının İsveç və xaricdə yaşayan iranlılara qarşı casusluq mərkəzi olub.

 

Tacxeber.com xəbər verir ki, bunu İsveçin sosial işlər naziri Yakob Forsmed özünün X hesabında yazıb.

 

O, İrana bağlı mərkəzin İsveçin milli təhlükəsizliyinə ciddi təhdid olduğunu və bu səbəbdən də hökumətin bura bütün yardımları dayandırdığını bildirib:

“Hökumət vəsaitləri təməl demokratik dəyərlərə zidd olan fəaliyyətlər üçün istifadə edilməməlidir”, – nazir əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl İranın Stokholmdakı “İmam Əli İslam Mərkəzi”nin başçısı, 63 yaşlı iranlı molla Möhsün Həkimullahi həbs edilib və yaxın günlərdə İsveçdən deportasiya olunacaq. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın yeni müdafiə naziri Rüstəm Umerov kimdir? – DOSYE

redaktor

Ölən fəhlənin işlədiyi MMC kimindir? – Bu şirkətdə əvvəl də ölüm hadisəsi olub

redaktor

Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın həbs edildi

admin