32 C
Bakı
20 Avqust 2026 16:22
Siyasət

Aqil Abbas üzr istədi: “Haqlısınız, deməməli idim”

Deputat Aqil Abbasın Milli Məclisin fevralın 3-də keçirilən plenar iclasında etdiyi çıxış müzakirələrə səbəb olub. O, “arvad boğuşması” ifadəsini səsləndirməsinə görə Milli Məclisin sədri Sahibə Qafarovanın iradına tuş gəlib.

 

Milli Məclisin spikeri Sahibə Qafarova Aqil Abbasa irad bildirərək, “arvad boğuşması, arvad davası, bu, parlament sözüdür?” – deyə soruşub.

 

Tacxeber.comxəbər verir ki, “globalinfo.”a danışan Aqil Abbas spikerin haqlı irad bildirdiyini qeyd edib:

 

“Əslində, Sahibə xanım düz deyir. İradı normal qəbul edirəm. Doğrudan da, o söz parlamentdə deyilməli deyildi. Sadəcə, çıxış zamanı fikrimi yazıçı kimi dilə gətirmişəm. Mənim o sözümü təhqir bilənlərdən üzr istəyirəm”.

 

Xatırladaq ki, “arvad” sözü vaxtaşırı narazılığa, tənqidə səbəb olur.

Tacxeber.com

Oxşar xəbərlər

İlham Əliyev həqiqətən Putindən qorxur?

redaktor

Donald Trampın uda bilmədiyi CNN-i Azərbaycan uda bilərmi?

redaktor

Türkiyədə müxalif “ovu” davam edir

admin