Amerikalı milyarder İlon Mask 288 milyon dollar ianə edərək ABŞ lideri Donald Tramp və Respublikaçılar Partiyasına ən böyük “donor” olub.
Tacxeber.comxəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Nəşr yazır ki, 2024-cü il seçki kampaniyası zamanı İlon Maskın Donald Trampı və Respublikaçı namizədləri dəstəkləmək üçün 288 milyon dollar bağışladığı və seçki dövrünün ən böyük siyasi xeyriyyəçi olub.
Maskın siyasətə təsiri o qədər böyükdür ki, onu “seçilməmiş həmsədr” adlandırıblar.

