Xəbər verildiyi kimi, AMEA-nın prezidenti İsa Həbibbəylinin oğlu, Naxçıvan Gömrük Komitəsinin sabiq sədri Səhhət Həbibbəylinin rəhbərliyi dövründə 100 milyonlarla dollar vəsaitin mənimsənildiyi üzə çıxıb.
S.Həbibbəylinin bununla bağlı etiraflarını əks etdirən istintaq materialları mediada yayımlanıb. Lakin S.Həbibbəyli hazırda azadlıqdadır.
Tacxeber.com xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli İsa Həbibbəylinin qardaşı Yaqub Həbibbəylinin Türkiyədən Azərbaycana tekstil idxalı ilə məşğul olduğunu və S.Həbibbəylinin öz vəzifəsindən istifadə edərək, onu gömrük rüsumu və vergilərdən yayındırdığına dair paylaşım edib:
“AMEA-nın prezidenti İsa Həbibbəylinin qardaşı Yaqub Əkbər oğlu Həbibbəyli Türkiyədən Azərbaycana tekstil idxalı ilə məşğul olub. İsa Həbibbəylinin oğlu Səhət Həbibbəyli Naxçıvan Gömrük Komitəsinin rəhbəri olarkən o, Türkiyədən gətirdiyi malları gömrük qeydiyyatına aldırmadan sərbəst keçirib.

