23.7 C
Bakı
29 İyun 2026 02:27
Dünya

İrəvanda “Qarabağ” mahnısını oxuyan da, çəkən də SAXLANILDI

Ermənistanın paytaxı İrəvanın mərkəzində bir neçə nəfərin “Qarabağ” mahnısı oxuduğu videonu yayan Qərib Babayan ötən gün saxlanılıb.

 

Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, o, nifrət təbliğ etməkdə ittiham olunub.

 

Lakin məhkəmə erməni alimin həbsi ilə bağlı vəsatəti rədd edib. Babayanın saxlanılması eyni zamanda qısamüddətli etirazlara, yolun bağlanmasına da səbəb olub.

 

Erməni mətbuatının digər məlumatında isə qeyd olunub ki, Azərbaycan mahnısının oxunmasına görə İran vətəndaşı 40 yaşlı Milard Vahid də saxlanılıb.

 

Erebuni polis şöbəsinə aparılan Vahid, Tiqran Mets prospektində ictimai asayişi kobud şəkildə pozmaqda, cəmiyyətə hörmətsizlik etməkdə, həmçinin şəhər avtobusunda nalayiq hərəkətlər etməkdə ittiham olunub.

Tacxeber.com

Oxşar xəbərlər

“İran ABŞ-dən zəmanət tələb edir” – Danışıqalr barədə ziddiyyətli məlumatlar

redaktor

Kerç boğazında daha bir tanker qəzası – Gəmi 2 yerə bölündü

redaktor

İranın ən möhkəmləndirilmiş nüvə obyekti “Fordo”: onu yalnız ABŞ məhv edə bilər

redaktor