12 C
Bakı
28 Mart 2026 19:31
Dünya

Rusiyada gizir rütbəsi alan pişik: “Poqon” və forma hazırlanır – FOTO

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsində xidmət edən pişik “Tolik” üçün nazirliyin geyim forması hazırlanır.

 

Tacxeber.com“RİA Novosti”yə istinadən xəbər verir ki, nazirlik əməkdaşları tərəfindən pişikdən geyim ölçüləri götürülüb.

 

Qeyd edək ki, “Tolik” hər gün yanğınsöndürənləri çöl səfərlərində müşayiət edir, işdən sonra onlarla görüşür və qarovulda iştirak edir.

 

Bundan əlavə, o, qarnizonda asayişi, komandanın mənəvi-psixoloji vəziyyətini qoruyur. Rusiya FHN xilasetmə dəstəsinin simvoluna çevrilən pişik “Tolik”ə bir müddət əvvəl gizir xüsusi rütbəsi verilib. Pişik üçün “poqon” da hazırlanıb.


Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğandan “Kızılelma” paylaşımı

redaktor

İrəvanda metroya bomba qoyulması xəbəri yayıldı

redaktor

Xamenei ABŞ ilə danışıqları uğurlu adlandırdı

redaktor