19 C
Bakı
26 Sentyabr 2025 22:12
Cəmiyyət

Xəstəxanalarda onlayn növbə sistemi nə zaman tam tətbiq olunacaq? – VİDEO

 

Xəstəxanalarda uzun növbələr, sıxlıq problemi hələ də davam edir. Elə Xəbər ertəsinin qaynar xəttinə də bununla bağlı çoxsaylı görüntülər göndərilir.

 

Əksəriyyət bu səbəbdən həkim qəbuluna düşməkdə çətinlik çəkdiyini deyir.

 

Tibbi məsələlər üzrə ekspert Aydın Əliyev deyir ki, hazırda bir çox tibb müəssisəsində canlı növbə sistemi tətbiq edilir. Bu, isə pasientlər arasında bəzən münaqişələrə səbəb olur. Ekspert problemdən çıxış yolunu bütün xəstəxanalarda onlayn növbə sisteminin tətbiqində görür. Onun fikrincə, belə bir sistem növbə prosesini daha şəffaf və ədalətli edər, eyni zamanda sıxlığın və mübahisələrin qarşısını alar.

 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirildi ki, hazırda onlayn növbə sistemi pilot layihə olaraq Yeni Klinikada tətbiq olunur. Ötən il ərzində ümumilikdə bu sistemdən 80 minə yaxın insan yararlanıb.

 

Onlayn növbə sisteminin bütün xəstəxanalarda nə zaman  tədbiq ediləcəyi isə hələki dəqiq məlum deyil. Qurumdan yalnız, bu sahədə müvafiq işlərin aparıldığı qeyd olundu. Görünür, sıxlıq və növbə problemi hələ bir müddət davam edəcək.

 Tacxeber.com

Oxşar xəbərlər

Bakıda restoranda administrator müştərinin kartından oğurluq etdi

redaktor

Öldürülən müğənninin bacısı canlı yayım açıb bu sözləri dedi – VİDEO

redaktor

İctimai fəalın anası: ‘Soyuq otaqda, dörd nəfər əməkdaşın yanında 20 dəqiqə lüt saxlayıblar’

admin