Cəmiyyət

Telefonu yoxlamaya gələnlərin üzünə çırpan baş həkimin köməkçisi: “Davam edirik”

“Laser Beauty Estetik Klinikası”ndan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisəsində aparıldığı yoxlama ilə bağlı yaydığı açıqlamaya münasibət bildirilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Oxu.Az-a danışan “Laser Beauty Estetik Klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsinin baş həkimi Rəna Soltanovanın köməkçisi nazirliyin yaydığı məlumatı təkzib edib və fəaliyyətlərini davam etdirdiklərini bildirib.

 

“Xəbərlərdə gedən məlumat yanlışdır. Yayılan xəbərlər nazirliyin (Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin) rəsmi məlumatı deyil. Gedən xəbərlərlə bağlı Rəna həkim (Soltanova) açıqlama verəcək”, – deyə o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Təkrar satışa çıxarılan mobil nömrələr vasitəsilə şəxsi məlumatlarınız oğurlana bilər – VİDEO

redaktor

Gecikmiş ədalət də ədalətdir

redaktor

Siyasi məhbus: Mənə işgəncə verirdilər, bədənimə tok verirdilər, hətta gözümdən qan gəlirdi.

admin